İdman

"Zirə" və "Səbail"in futbolçuları millidə qələbəyə sevindilər

16 Noyabr 2018 14:05
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zirə"nin hücumçusu Aleksandr Dedovla "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova yığmasının heyətində Millətlər Liqasının D Liqasında San Marinoya qarşı oynayıblar.

Milli.Az xəbər verir ki, Yevgeni Koçuk 1:0 hesabı ilə başa çatan görüşdə 60 dəqiqə meydanda olub. Dedov isə 66-cı dəqiqədə meydana daxil olub. "Zirə"nin futbolçusu 78-ci dəqiqədə vurulan qolun ötürməsini edib.

Qeyd edək ki, ikinci qələbəsini qazanan Moldova xal hesabını 8-ə çatdırıb və 3-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.