İdman

Azərbaycan idmançısı Asiyadan Avropaya qaçaraq rekorda imza atıb - FOTO

16 Noyabr 2018 13:10
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə ənənəvi İstanbul marafonu baş tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 40-cı İstanbul marafonunda 100-ə yaxın ölkədən 130 min idmançı iştirak edib. Bundan başqa, marafona 55 məşhur atlet də qatılıb.

Uzunluğu 42 kilometr 195 metr olan tam marafonun qalibi keniyalılar olub. Kişilər arasında Feliks Kimutay, qadınlar arasında Rut Çepnqetiç finişə birinci çatıb.

Marafon zamanı 15, 10 və 8 kilometr məsafələrə, eləcə də paralimpiyaçılar arasında yarış keçirilib.

Qeyd etmək lazımdır ki, azərbaycanlı idmançı Ayla Seyid 15 kilometr məsafədə qaçışda qadınlar arasında 21-ci yeri tutaraq yeni rekorda imza atıb. Belə ki, indiyədək İstanbul marafonunda Azərbaycan nümayəndəsi bu qədər yüksək nəticə əldə etməyib.

Qeyd edək ki, o, həmçinin həmin marafonda otuzluğa düşənlərin arasına adını yazdıran ilk azərbaycanlı xanımdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.