İdman

"Millətlər Liqası dərhal ləğv olunmalıdır" - Berti Foqts

16 Noyabr 2018 12:43
0 Şərh     Baxış: 1 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Millətlər Liqası dərhal ləğv olunmalıdır. Bu turnirin oyunlarına hazırlıq zamanı baş məşqçilər müəyyən sınaqlar edir. Bunun üçün vaxt sərf olunur. Almaniya yığmasının baş məşqçisi Yoahim Löv də hazırda bunun üçün çalışır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözlər millimizin sabiq baş məşqçisi Berti Foqtsa məxsusdur. 

Almaniyalı mütəxəssis t-online.de saytındakı köşə yazısında UEFA Millətlər Liqasının əhəmiyyətsiz turnir olduğunu qeyd edib:

Almaniya millisi A qrupunda 3 oyundan sonra 1 xalla 3 komandalı qrupun sonuncusudur. Bundestimin qrup sonuncusu kimi B liqasına düşmək ehtimalı var. Berti Foqts isə sabiq komandasının aşağı liqada oynamasının daha müsbət nəticə verə biləcəyini bildirib: "Bu, üstünlük ola bilər. Çünki növbəti Millətlər Liqasında zəif komandalara qarşı oynayacaq və 2022-ci il dünya çempionatına daha az təzyiq altında hazırlaşacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.