İdman

Ayxan Abbasov "Sumqayıt"ı ilk məşqə çıxardı

15 Noyabr 2018 23:37
0 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Keşlə" ilə oyundan sonra istirahətə buraxılan "Sumqayıt"  bu gündən etibarən hazırlıqları bərpa edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün saat 16:00-da "Kapital Bank Arena"nın köməkçi meydançasında məşqə çıxıb.

Milli komandalarda olan Əfran İsmayılov, Şəhriyar Əliyev, Süleyman Əhmədov və Murad Xaçayev məşqdə iştirak etməyib. Əvəzedici heyətdən isə 6 futbolçu əsas komanda ilə birlikdə hazırlaşıb. 1.5 saat davam edən məşqdə komanda əvvəlcə müxtəlif fiziki hərəkətlər ardınca isə topla hərəkətlər üzərində çalışılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.