İdman

İqor Kolivanov: "Əla oyun alındı"

15 Noyabr 2018 21:28
0 Şərh     Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vəlini təbrik edirəm. Əla oyun alındı. Onun Portuqaliya və İspaniyada da yaxşı karyerası olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq matçında iştirak edən sabiq futbolçu İqor Kolivanov deyib.

O, V.Qasımovu böyük futbolçu və qeyri-adi insan adlandırıb: "Gələn il Bakıya məzuniyyətə gələcəyəm. Buraya heyran qaldım. Azərbaycanda çoxlu dostlarım var".

Vəli Qasımovun yubiley matçında iştirak edən digər sabiq futbolçu Valeri Şmarov köhnə dostları gördüyü üçün şad olduğunu söyləyib: "Oyundan həzz aldım. Qollar çox baxımlı alındı. Bu, əsl futbol idi. Vəlini təbrik edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.