İdman

Məşqçi: "Bakıda intensiv məşqlər kolumbiyalı gimnastların fiziki hazırlığını artıracaq"

15 Noyabr 2018 16:20
Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında gimnastika üzrə təlim-məşq toplanışlarının keçirilməsi üçün lazımi şərait yaradılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bədii gimnastika üzrə kolumbiyalı məşqçi Alexandra Forero deyib.

O, Bakıda təlim-məşq toplanışına iki kolumbiyalı idmançının gəldiyini bildirib:

"Onlar Luna Enao və Salome Rikartodur. Bakıya gimnastika çalışmalarının çətinlik səviyyəsini artırmaq üçün gəlmişik ki, buradakı hazırlıq onlara beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə etməyə kömək etsin".

A.Forero qeyd edib ki, Bakıda intensiv məşqlər kolumbiyalı gimnastların fiziki hazırlığını artıracaq:

"Bu, kolumbiyalı gimnastların Bakıya ilk səfəridir. Onlar Milli Gimnastika Arenasında məşq üçün yaradılmış şəraitdən çox razıdırlar. Azərbaycanlı məşqçilər peşəkardırlar, bizə hər cür kömək edirlər. Milli Gimnastika Arenasının zalı çox rahatdır. Kolumbiyada idmançılarımız cəmi bir xalçada məşq edirlər, burada isə gimnastların məşq etməsi üçün çox xalça var".

Kolumbiyalı məşqçi bu il İspaniyanın Qvadalahara şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışını izlədiyini və çox bəyəndiyini də vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.