İdman

Futbol matçında iğtişaş: 42 nəfər həbs olundu

15 Noyabr 2018 12:49
Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Əlcəzair çempionatında XIII turun "Əlcəzair" - "Bel-Abbes" oyunu tribunalarda kütləvi iğtişaşlarla yekunlaşıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, matçın qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatması meydan sahiblərinin azarkeşlərinin narazılığına səbəb olub. Fanatlar oturacaqları qopararaq meydana atıblar. İştişaşlar zamanı 18 polis əməkdaşı xəsarət alıb. Həmçinin soyuq silah gəzdirmə, narkotik və psixotrop maddələrin saxlanılması ittihamı ilə 42 azarkeş həbs olunub.

Bununla yanaşı, polislərin vəzifə səlahiyyətlərini aşması ilə bağlı cinayət işi açılıb. Buna səbəb sosial şəbəkələrdə hüquq-mühafizə orqanları əməkdaşlarının fanatları dəyənəklə döymələri əks olunan videoların paylaşılmasıdır.

Hadisə nəticəsində 40-dan çox azarkeşin də xəsarət aldığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.