İdman

Millimizin rəqiblərinin oyununda 7:0

15 Noyabr 2018 08:03
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı 1-ci qrupda ilk tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, iflisdə Mixail Mesxi adına stadionda keçirilən  qrupun digər oyununda meydan sahibi Gürcüstan yığması Lixtenşteynlə qarşılaşıb və 7:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, qrupun ilk görüşündə Azərbaycan yığması İsrailə böyük hesabla uduzmuşdu - 1:4.

Qeyd edək ki, noyabrın 17-də seçmə mərhələnin 2-ci turunda Azərbaycan yığması Gürcüstanla, İsrail isə Lixtenşteynlə üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.