İdman

Rəşad Sadıqovun komandası Ukraynaya qarşı

15 Noyabr 2018 07:55
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti oyununu keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası yığmamız Ukraynanın U-20 millisi ilə qarşılaşacaq.

Ukraynalılar üç ay əvvəl U-19-un heyətində Avropa çempionatının bürünc mükafatını qazanıb. Qitə çempionatının yarımfinalçısı kimi dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Aleksandr Petrakovun komandası mundiala hazırlıq çərçivəsində ilk oyununu yığmamıza qarşı keçirəcək.

Qeyd edək ki, millimiz növbəti yoxlama oyununu noyabrın 19-da səfərdə Bosniya və Herseqovinaya qarşı keçirəcək.

15 noyabr

Yoldaşlıq oyunu

20:00. Azərbaycan U-21 - Ukrayna U-20
"Dalğa Arena"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.