İdman

Dieqo Maradona Messi haqda: milliyə qayıtmasa...

14 Noyabr 2018 21:02
0 Şərh     Baxış: 1 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona İspaniya mətbuatına açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Maradona Lionel Messi, Xosep Qvardiola, Joze Mourinyo və Kriştiano Ronaldo haqda danışıb. Keçmiş futbolçu açıqlamasında "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonu tərifləyib:

"Bir baş məşqçi olaraq, Mourinyodan çox şey öyrənməliyəm. Buna görə də, İngiltərəyə gedib, onunla danışmaq istəyirəm. Ona çoxlu suallarım var. "Niyə Mourinyo" deyə, düşünürsüzsə, ən yaxşısı odur. Mourinyo Qvardioladan daha yaxşı baş məşqçidir. "Barselona"ya "tiki-taka" sistemini Qvardiola gətirməyib. O, istədiyi futbolçunu alaraq, bunu edə bilər".

Ronaldo və Messi haqda da danışan Maradona, Lionel üçün darıxdığını deyib:

"Messinin futboldan əvvəl 20 dəfə tualetə getdiyi haqda xəbərlərin hamısı yalandır, elə bir söz deməmişəm. Messi mənim dostumdur. Onun haqda heç vaxt danışmamışam. Sadəcə, dünya çempionatında topdan gizləndiyini demişəm. Uzun müddətdir ki, onunla görüşmürəm. Messi ilə görüşüb, onu qucaqlamaq istəyirəm. Onun Argentina millisinə qayıdacağını düşünürəm. Qayıtmasa, bizim üçün çətin olacaq. Ən azı başını divara vuracağımız biri olmayacaq.

"Real"ın Santyaqo Solari ilə razılaşması düzgün qərardır. Solarinin uzun müddət orda qalacağına inanıram.

Ronaldonun "Real"dan gedişi yaxşı seçim idi. O, "Real"a çox şey qazandırdı, indi "Yuventus"dadır və futboldan zövq alır. Məncə, "Real" onun üçün darıxır. Ancaq futbolçu komandadan böyük deyil. "Kral klubu"nun yenidən köhnə günlərinə qayıdacağına inanıram.

"Yuventus" güclü heyətə malikduir. Ronaldo qollar vurmağa davam edir, amma yenə də, hər kəs onu tənqid etməyi düşünür".

Karyerası ərzində "Barselona", "Napoli", "Sevilya" kimi klublarda forma geyinən Maradona, hazırda Meksikanın "Dorados" komandasını çalışdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.