İdman

Azərbaycan Kubokunun püşkü atıldı - FOTO

14 Noyabr 2018 13:41
0 Şərh     Baxış: 2 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Kubokunda 2018/2019 mövsümünün püşkü atılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan mərasimdə yarışda iştirak edəcək 12 komandanın rəqibləri müəyyənləşib.

Komandalar 3 səbətə bölünüb. Birinci səbətdə yer alan "Qarabağ", "Qəbələ", "Neftçi" və "Zirə" mübarizəyə 1/4 finaldan başlayacaq. Püşk zamanı "Sumqayıt", "Keşlə", "Səbail" və "Sabah" ikinci, "Kəpəz", "Qaradağ Lökbatan", "Şüvəlan" və "Ağsu" üçüncü səbətdə yer alıb.

Püşkün nəticələri isə belə olub:

1/8 final (6 dekabr)

1. "Ağsu" - "Sabah"

2. "Şüvəlan" - "Keşlə"

3. "Sumqayıt" - "Qaradağ Lökbatan"

4. "Səbail" - Kəpəz"

1/4 final (15-16 dekabr - 19-20 dekabr)

5. "Qəbələ" - "Ağsu" / "Sabah"

6. "Qarabağ" - "Şüvəlan"/ "Keşlə"

7. "Neftçi" - "Sumqayıt" / "Qaradağ Lökbatan"

8. "Zirə" - "Kəpəz" / "Səbail"

1/2 final (23 aprel - 1 may)

9. 5 cütünün qalibi - 6 cütünün qalibi

10. 7 cütünün qalibi - 8 cütünün qalibi

Final (19 may)

9 cütünün qalibi - 10 cütünün qalibi

Ölkə kubokuna dekabrın 6-da keçiriləcək 1/8 final mərhələsinin oyunları ilə start veriləcək. Final görüşü gələn il mayın 19-da olacaq. Yarışda 1/4 finala qədər qalib bir oyunda müəyyənləşəcək. Bu mərhələdən etibarən isə ev-səfər qarşılaşmaları keçiriləcək. Kubokda limit Premyer Liqada olduğu kimidir - 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 1998-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir.

Qeyd edək ki, Azərbaycan Kubokunda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizionun 4 təmsilçisi mübarizə aparacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.