İdman

Yeni baş məşqçi klubunu səhv saldı

14 Noyabr 2018 15:00
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Selta"nın yeni baş məşqçisi klubunu əzəli rəqibi ilə səhv salıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ötən gün mətbuat konfransı keçirilərkən Viqo təmsilçisinin yeni baş məşqçisi Miqel Kardoza klubunu "Deportivo" ilə səhv salıb.

"Mənə göstərdikləri etibara görə klubun prezidentinə və idman direktoruna təşəkkürü bildirirəm. Biz "Deportivo"ya yeni təcrübə üçün gəlmişik. Daha doğrusu "Selta"ya", - deyib Kardoza.

Xatırladaq ki, "Deportivo" "Selta"nın əzəli rəqibidir. La Korunya və Viqo Qalisiyada yerləşirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.