İdman

Premyer Liqa klubları VAR üçün toplanır

14 Noyabr 2018 14:10
1 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019/2020 mövsümündə İngiltərə Premyer Liqasında videotəkrar sisteminin istifadəsi üçün klublar toplantı keçirəcək.

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, bu mövsümə oyundankənar vəziyyətdən bir neçə qolun vurulması Premyer Liqa klublarını razı salmır. Toplantıda VAR sisteminin növbəti mövsüm tətbiqi üçün səsvermə keçiriləcək.

Qeyd edək ki, VAR bu mövsüm Premyer Liqada qapalı şəkildə istifadə olunur. Federasiya bu mövsüm texnologiyanın sınaq xarakterli olmasına qərar vermişdi. Əgər klublar razı olsa, növbəti mövsüm Premyer Liqada VAR sistemi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.