İdman

Millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı

14 Noyabr 2018 15:57
0 Şərh     Baxış: 1 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:57

19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk sınağında İsrail seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qrupumuzn digər oyununda isə Gürcüstan və Lixtenşteyn yığmaları üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçirilir. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Ermənistanda keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup
 
1-ci tur

14 noyabr

14:00. Azərbaycan - İsrail - 1:4

Qollar: Emil Qasımov, 82 - Məhəmməd Kanaan, 9, Şadi Masarva, 28, Bar Arad, 56, 64
Hakimlər: Erik Lambrext, Karel De Roker (hər ikisi Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Tiflis, Mixail Mesxi adına stadion.

-----------

10:05

19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk sınağında İsrail seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçiriləcək. Millimiz 1-ci qrupda İsraillə yanaşı, Lixtenşteyn və meydan sahibləri ilə də mübarizə aparacaq. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Ermənistanda keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup
 
1-ci tur

14:00. Azərbaycan - İsrail
Hakimlər: Erik Lambrext, Karel De Roker (hər ikisi Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Tiflis, Mixail Mesxi adına stadion.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.