İdman

Maksim Medvedev "Qarabağ"ın tarixinə düşdü

12 Noyabr 2018 19:12
0 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının XI turu "Qarabağ" klubunun futbolçusu Maksim Medvedev üçün əlamətdar olub.

Milli.Az Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Qəbələ" ilə səfərdəki matç (3:1) 29 yaşlı müdafiəçinin Azərbaycan çempionatlarında 269-cu oyunu olub.

Yalnız bir komandada - "Qarabağ"da çıxış edən Medvedev bununla da klubun tarixində yeni rekorda imza atıb. O, Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Azərbaycan millisinin də şərəfini qoruyan Medvedev 2006/2007 mövsümündən çıxış etdiyi "Qarabağ"da 269 oyuna 10 qol vurub. O, "Qəbələ" ilə görüşdə Aslan Kərimova məxsus və ötən tur şərik olduğu rekordu yeniləyib. Kərimov 1993 - 1997 və 2003 - 2011-ci illərdə "Qarabağ"da 268 çempionat oyununda forma geyinib və 12 qol vurub.

Qeyd edək ki, Maksim Medvedev həm də ölkə çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.