İdman

"Dözə bilmədiyim üçün rəhbərliyə müraciət etdim" - Nazim Süleymanov

12 Noyabr 2018 14:55
0 Şərh     Baxış: 1 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Komanda 11 oyuna 5 qırmızı vərəqə aldı. Səhhətimlə bağlı rəhbərliyə müraciət etdim. Məğlubiyyətlər və bu kimi hallar məni əsəbiləşdirir, səhhətimdə problemlər yaranırdı.

Milli.Az xəbər verir ki, bunu "report"a açıqlamasında "Sumqayıt" klubu ilə yollarını ayıran Nazim Süleymanov deyib. 53 yaşlı mütəxəssis "gənclik şəhəri" təmsilçisindəki fəaliyyəti dövründə futbolçuların çoxlu qırmızı vərəqə almalarına diqqət çəkib: "11 oyuna 5 qırmızı vərəqə aldıq. Bu qədər qırmızı vərəqə həddindən artıq çoxdur. Dözə bilmədiyim üçün rəhbərliyə müraciət etdim. Ayrı bir baş məşqçinin gəlməsi komanda üçün yaxşı olar. Ümidvaram ki, bu addımım komandaya xeyir verəcək".

N.Süleymanov komandanın futbolçuları ilə münasibətinin yaxşı olmaması ilə bağlı yayılan iddiaları təkzib edib: "Belə məlumatlar düzgün deyil. Çempionatın əvvəlində yaxşı çıxış edirdik. Necə oldu ki, qələbə qazananda yaxşı idi, uduzanda pis? Bütün xırdalıqları rəhbərliklə danışdım. Bu gün toplantı oldu. Özüm yaxınlaşıb dedim ki, səhhətimlə bağlı ayrılmaq istəyirəm. Bu, komandanın xeyrinə olacaq. Bir az istirahət etmək istəyirəm. Ondan sonra gələcək karyeramla bağlı qərar verəcəyəm". 

Qeyd edək ki, Nazim Süleymanov "Sumqayıt"a mövsümün əvvəlindən rəhbərlik edirdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.