İdman

“Lui Van Qalın bir dəli olduğunu deyə bilərəm"

11 Noyabr 2018 12:44
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayern Munich"in keçmiş futbolçusu Martin Demiçelis bu komandanın sabiq baş məşqçisi Lui Van Qal haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Argentina millisinin sabiq üzvü "Bayern Munich"də birgə çalışdığı 67 yaşlı mütəxəssisin dəli olduğunu deyib:

"Lui Van Qalın bir dəli olduğunu deyə bilərəm. "Bayern Munich"də keçirdiyim bir oyunun ilk hissəsini 3:0 hesabı ilə irəlidə bitirdik. Van Qal qaçaraq paltardəyişmə otağına girdi, qapını və çantaları təpiklədi. Dayanmadan "rəqib fəlakət idi" deyirdi. Vitse-kapitan olaraq, bizi təhqir etməməsini dedim. İkinci hissədə pis oynadım, sonrakı gün mənə "bir də heç vaxt müdaxilə etmə" dedi".

"Bayern Munich", "Malaqa", "Atletiko", "Mançester Siti" kimi komandaların şərəfini qorumuş Demiçelis karyerasını 2017-ci ildə bitirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.