İdman

Karlsen və Karuana arasında sülh

11 Noyabr 2018 11:26
1 Şərh     Baxış: 322

Norveçli Maqnus Karlsen və ABŞ təmsilçisi Fabiano Karuana arasında dünya çempionluğu uğrunda İngiltərənin paytaxtı Londonda keçirilən ikinci partiya da heç-heçə ilə yekunlaşıb.

Milli.Az report-a istinadən bildirir ki, 49-cu gedişdə tərəflər "sülh"ə razılaşıblar - 0,5:0,5. İlk partiyada da heç-heçə qeydə alındığından, hazırda ümumi hesab bərabərdir - 1:1.

Karlsen və Karuana ümumilikdə 12 partiya klassik şahmat oynayacaqlar. Növbəti qarşılaşma noyabrın 12-də olacaq.

Bundan əvvəl Dünya şahmat tacı uğrunda ilk görüş heç-heçə ilə yekunlaşıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Gülümsərov · 11 Noyabr 2018 13:4700

    Həm dünya çempionu həm də ki iddiaçi bir-birinə layiqli rəqiblərdir. Onların bu gün reytinqləri arasındakı cüzi fərq 2835 və 2832 bunun bariz subutudur. Ona qörədə keçirilmiş 2 oyunun nəticəsini tam qanunauygun hesab etmək olar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.