İdman

“Neftçi”nin hücumçusu: “Hər iki komandanın futbolçuları oyundan soyudular”

11 Noyabr 2018 10:33
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qeydə alınan nəticəni Avropa Liqasında "Uypeşt"ə məğlubiyyətlə müqayisə etməzdim. Fərqli vəziyyətlərdir. Orada mübarizəni dayandırdıq, burada isə çempionat davam edir. Liderik, sona qədər başımızı dik tutub mübarizə aparacağıq.

Milli.Az report-a istinadən bildirir ki, bu sözləri "Neftçi"nin futbolçusu Dario Federiko Azərbaycan Premyer Liqasının XI turunda "Zirə" ilə 2:2 hesablı heç-heçədən sonra söyləyib. 27 yaşlı hücumçunun sözlərinə görə, paytaxt təmsilçisi qələbəni əldən verib: "Çempionluq uğrunda mübarizə aparırıq və hər oyun bizim üçün çətin keçir. Matçlara hazırlaşanda rəqiblər arasında fərq qoymuruq. "Zirə" sona qədər oynadı və qələbəni əldən verdik".

Matçın gedişində "Neftçi"nin məşqçisi Fizuli Məmmədov huşunu itirib, "Zirə"nin qapıçısı Anar Nəzirovun isə dili qatlanıb. Braziliyalı forvard bildirib ki, bu olaylar futbolçulara da təsir edib: "Qol vurduğumuz vaxt məşqçimizin səhhətində problem yarandı. Bu, elə də çox təsir etmədi. Amma rəqibin qapıçısı meydanı tərk edəndan sonra hər iki komandanın futbolçuları oyundan soyudular. İki dəfə önə keçməyimizə rəğmən, hesabı qoruya bilməməyimizə gəlincə, bəxtsizlikdən qollar buraxdıq. Futbolda belə şeylər olur. Öndə olduğumuz üçün hesabı qorumağa çalışırdıq. Amma rəqibin epizodu oldu və fərqləndilər".

Qeyd edək ki, "Neftçi" hazırda turnir cədvəlində 26 xalla liderdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.