İdman

"Qəbələ" "Qarabağ"a qarşı - Premyer Liqasında növbəti oyunlar - SİYAHI

11 Noyabr 2018 10:04
1 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son 2 oyunu keçiriləcək.

Milli.Az report-a istinadən bildirir ki, əvvəlcə "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Rauf Cabbarov idarə edəcək. Bu kollektivlər son illərədək çempionluq uğrunda mübarizə aparsalar da, hazırda vəziyyət nisbətən fərqlidir. 10 turdan sonra "Qəbələ" 12 xalla 5-ci, "Qarabağ" 20 xalla 3-cü pillədə yer alıb. "Qırmızı-qaralar" hətta qələbə qazansalar belə, 5-ci pillədən irəli gedə bilməyəcəklər. Sənan Qurbanovun baş məşqçi olduğu komanda xallarını 15-ə çatdıraraq, "Sabah"la fərqi minimuma endirəcək. "Qarabağ" isə ötən gün itirdiyi ikinci pilədəki mövqeyini geri qaytarmaq və "Neftçi" ilə fərqi 3-ə endirmək üçün mütləq qalib gəlməlidir.

İndiyədək bu komandalar 41 dəfə üz-üzə gəliblər. Oyunlardan 10-da "Qəbələ", 18-də "Qarabağ" qalib gəlibsə, daha 12-də heç-heçə qeydə alınıb. Topların nisbəti 53:37 "Qarabağ"ın xeyrinədir. Ağdam komandası son oyunlarda ardıcıl 2 qələbə qazanıb. "Qəbələ"nin axırıncı 4 ev matçında qol vuran tərəf qalib gəlib. İlk dövrədə "Qarabağ" "Qəbələ"ni darmadağın edib - 4:1.

Turun son qarşılaşmasında "Sumqayıt" "Keşlə"ni sınağa çəkəcək. Hazırda "Gənclik şəhəri" təmsilçisi 11 xalla 6-cı, qəsəbə komandası 6 xalla 7-ci pillədə qərarlaşıb. "Sumqayıt" qələbə qazansa, "Qəbələ"nin mümkün xal itkisindən yararlanaraq, 6-cı pilləyə yüksələcək. "Keşlə" isə son pillədəki "Zirə"dən aralanmaq üçün mütləq qalib gəlməlidir.

İndiyədək bu kollektivlər arasında 25 oyun olub. 6 matçda "Sumqayıt", 12-də "Keşlə" qalib gəlb, 7 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbəti "Keşlə"nin xeyrinədir - 37:24. İki klubun görüşlərinə gəldikdə, ardıcıl 4 məğlubiyyət alan "Keşlə" 5 oyundur qələbə qazanmır. Son 5 qarşılaşmada hər iki komanda qol sevinci yaşayıb.

Azərbaycan Premyer Liqası, XI tur

11 noyabr (bazar)

17:30. "Qəbələ" - "Qarabağ"

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov

Hakim-inspektor: Fizuli Nəcəfov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu

19:30. "Sumqayıt" - "Keşlə"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

"Bayıl Arena"

İlk oyun günündə "Səbail" səfərdə "Sabah"a 4:0 hesabı ilə qalib gəlib. "Neftçi" - "Zirə" matçında isə 2:2 hesablı heç-heçə qeydə alınıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.