İdman

Şahmat üzrə dünya çempionu kim olacaq?

10 Noyabr 2018 23:46
0 Şərh     Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ikinci partiyada ağ fiqurlarla oynayan norveçli Maqnus Karlsen amerikalı Fabiano Karuana ilə heç-heçə edib. Şahmatçılar birinci partiyada da xalı yarı bölmüşdülər. Beləliklə, ilk iki oyunun nəticəsinə görə hesab bərabərdir - 1:1. Üçüncü partiya bazar ertəsi günü oynanılacaq.

Noyabrın 9-dan 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.