İdman

"Zirə"nin qapıçısı "Neftçi" ilə matçda ciddi xəsarət alıb

10 Noyabr 2018 21:37
0 Şərh     Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zirə" klubunun qapıçısı Anar Nəzirov ciddi xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 33 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə matçın 70-ci dəqiqəsində rəqibin futbolçusu Mirabdulla Abbasovla toqquşub.

Hadisədən sonra qolkiperin dili qatlanıb. Anar Nəzirov həkimlərin müdaxiləsindən sonra özünə gəlib. O, xərəklə meydanı tərk edib. Qapıçının yerinə meydana Kamal Bayramov daxil olub. Hər iki klubun azarkeşləri A.Nəzirovu alqışlayıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.