İdman

"Heyətdə problemlərimiz var" - "Sabah"ın baş məşqçisi

10 Noyabr 2018 20:46
0 Şərh     Baxış: 263

"Heyətdə problemlərimiz var. Bunlar bəhanə deyil, amma məğlubiyyətə təsirini göstərdi. Oyuna ciddi hazırlaşmışdıq, amma belə alındı".

Milli.Az "Report"a istinadən bildirir ki, bu sözləri "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov evdə "Səbail"ə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Mikayıl Cabbarov ikinci dəfədir oyununuza gəlmişdi. Amma bunların birincisində "Sumqayıt"a 1:4, bu gün isə 0:4 hesabı ilə uduzdunuz...

- "Sumqayıt"la oyuna da ciddi hazırlaşmışdıq. Amma futbolçularımız əks-hücumlara hazır deyildilər.

- Müdafiədəki boşluqlar nəticəsində qollar buraxdınız. Bu, nədən irəli gəlirdi?

- Cinahda oynayanlar Elşən Abdullayev və Məqsəd İsayev idi. Onlar da tam hazır deyildilər. İrəlidə oynadığımızdan, boşluqlarımız buradan qaynaqlanırdı. Mərkəzdə Kərim Diniyevin olmaması özünü göstərdi. İtkilərimizin olması özünü göstərdi.

- Marko Deviçin olmaması özünü göstərdi?

- Bəli, oyunu öz üzərinə götürəcək futbolçumuz yox idi. Amma dəfələrlə demişəm ki, komanda bir oyunçudan asılı deyil.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.