İdman

"Daha çətin nəticələrimiz irəlidədir" - "Səbail"in baş məşqçisi

10 Noyabr 2018 20:44
0 Şərh     Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oyunun belə keçəcəyini gözləmirdik. Planlaşdırdıqlarımızdan bəziləri alındı. Lakin bu, "Sabah"ın zəif olduğu anlamına gəlməməlidir".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyevsəfərdə "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Artıq 2-ci pillədəsiniz. Qarşıdakı planlarınız nədən ibarətdir?

- Sabah hələ "Qarabağ"ın oyunu var. Həm də qarşımıza hansısa yeri tutmaq məqsədi qoymamışıq. Sadəcə, bütün oyunları təhlil edirik. Digər tərəfdən, itkilərimiz də var. Bu oyuna 14-15 futbolçu ilə hazırlaşmışıq. Yaxşı hisslərdir. Belə hissləri Premyer Liqada yox, əvəzedicilərlə yaşamışıq. Hələ daha çətin nəticələrimiz irəlidədir.

- Komandanın hədəfi nədən ibarətdir?

- İlk gündən məqsədimiz kollektivdə mehribanlıq yaratmaqdır. Amma hər yerdə olduğu kimi bizdə də mənfi hallar baş verə bilər. Bunun qarşısını almağa çalışırıq.

- Sürətli qollarla başlamağı hədəfləmişdiniz, yoxsa oyunun gedişi belə alındı?

- İlk 30 dəqiqə sürətli keçdi. Məqsədimiz də bu idi. Hər bir rəqibə qarşı belə hazırlaşırıq. Lakin rəqibdən rəqibə fərq var. İlk 25 dəqiqə ərzində rəqibi təəccüblədirməyi nəzərdə tutmuşduq. Artıq "Sabah" da öz üslubu olan komandadır. 0:4 hesablı məğlubiyyət bu komandanın əsl üzü deyil. Gələcəkdə daha da irəli gedəcəklərinə inanıram.

- Tez-tez müdaxilələr edirdiniz...

- Rahid Əmirquliyev və Martinova müdafiədə qarşılamağı tapşırmışdıq. Onlar irəli gedəndə xəbərdarlıq edirdik.

- Hər dəfə məqsəd qoyulmadığını deyirsiniz. Bu, sizə gələcəkdə problem yarada bilərmi?

- Avroliqaya vəsiqə məqsədimiz yoxdur. Amma hər oyuna maksimum köklənməyə və bacardığımız qədər xal toplamağa çalışırıq. Futbolçuların ambisiyaları yerindədir.

- Bunu Avropa kuboklarına hələ hazır olmamağınız kimi qəbul etmək olar?

- Belə suallara cavab vermək istəmirəm. İtkilərimiz çoxdur. Bilmirəm ki, büdcəmiz qışda güclənməyə imkan verəcək ya yox. Qarşıda 17 tur və ya 51 xal var. Hər bir komanda bu qədər xalı toplaya bilər.

- Bəziləri "Səbail"in avrokuboklara getməyə hazır olmadığını düşünür...

- Qışda futbolçu gətirmək çətindir. İndidən müəyyən mövqelərə futbolçu axtarırıq. Korotetski mövsümün sonunadək sıradan çıxıb. Bu səbəbdən, müdafiədə istədiyimiz rəqabəti yarada bilməmişik. Hazırda bu mövqeyə yeni oyunçu axtarırıq. Hər futbolçunu götürmək istəmirik. Ola bilər ki, gənc oyunçu çağıraq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.