İdman

“Qazaxıstan çempionatı yaxşıdır, amma mən “Qarabağ”a qayıtmaq istəyirəm”

10 Noyabr 2018 17:49
0 Şərh     Baxış: 740

Azərbaycan millisinin üzvü, "Qarabağ"ın keçmiş futbolçusu, hazırda "Astana"da forma geyinən Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi müsahibəsində yenidən Azərbaycana qayıtmaq istədiyini deyib:

"Qarabağ"da hər şeyim var idi. Azərbaycanda futbolçular üçün yaxşı şərait yaradırlar. Çempionatda 8 komanda mübarizə aparır. Hər biri keyfiyyətli klublardır və futbolçulara yüksək məvacib verir. Amma "Astana" variantı çox yaxşı idi, ona görə də, imtina edə bilməzdim. Hələ bu ilin yanvarında Qurban Qurbanova demişdim ki, "Qarabağ"la müqaviləmi uzatmayacam. Səbəb isə o idi ki, fərqli ölkədə oynamaq, başqa mədəniyyətlə tanış olmaq istəyirdim. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubu mənim üçün uyğun idi. Ancaq həmin vaxt "Astana"nın baş məşqçisi olan Roman Qriqorçuk menecerimə mənimlə görüşmək istədiyini dedi. Əvvəlcə ora getməkdən imtina etdim. Lakin sonra ailəmlə birgə təklifi dəyərləndirdik və iki illik müqavilə bağladım. Braziliya və Avropanın əsas liqalarında elə də tanınan futbolçu deyiləm, ona görə də, "Astana"da oynamağa qərar verdim. Qazaxıstan çempionatı yaxşıdır, amma mən "Qarabağ"a qayıtmaq istəyirəm. Gələn il bunun olub-olmayacağını bilmirəm. Bildiyim odur ki, "Qarabağ"da mənim qayıtmağımı istəyirlər. Ola bilər, daha bir il "Astana"da qalım. Qazaxıstanda pis olan odur ki, hava çox soyuqdur.

Braziliyaya qayıtmaq istəmirəm. Soyuq havanı sevmirəm. Braziliyadan çoxdandır çıxmışam və ora yalnız bir dəfə istirahət zamanı getmişəm. Ancaq həyatın necə olacağını olmur. Məşqçi olub-olmayacağımı da bilmirəm. Hətta "Qarabağ"da da işləyə bilərəm".

Almeyda Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla da bağlı fikirlərini bölüşüb:

"Qarabağ"a keçidimdə onun rolu olub. Portuqaliyadakı oyunumu gördükdən sonra menecerimdən məni komandasına gətirmək istəmişdi. Qurbanov transfer məsələlərində əsas söz sahibidir. Klub rəhbərliyi ona istədiyi transferləri etmək üçün tam səlahiyyət verib. Qurbanovun Azərbaycanda böyük hörməti var".

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.