İdman

“Mən seksə üstünlük verirəm” - Xosep Qvardiola

10 Noyabr 2018 17:14
0 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dani Alveş rəhbərliyim altında oynamağın yalnız seksdən yaxşı olduğunu deyib? Mən seksə üstünlük verirəm. Bu, dəqiqdir".

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, bunu "Manchester City"nin baş məşqçisi Xosep Qvardiola deyib.

İspaniyalı mütəxəssis vaxtilə "Barcelona" rəhbərliyi altında çıxış etmiş Dani Alvesin fikirləri ilə bağlı suala zarafatla cavab verib. Hərçənd, həmkarımız futbolçunun dedikləri ilə bağlı sualı da düzgün ifadə edə bilməyib.

Alveş "Barcelona" barədə sənədli filmdə "Chelsea" üzərində 2009-cu ildəki qələbəni şərhində bu ifadəni işlədib: "Məhz belə anlara görə futbolu sevirik. Bundan yaxşı yalnız seksdir".

Yanlışlıqla qurulan suala cavab verən Qvardiola isə bir sıra futbolçuların onunla çalışmaq istəmədiyini açıqlayıb və isveçli Zlatan İbrahimoviçə də söz atıb: "Bir sıra futbolçuların mənimlə çalışmaq barədə müsbət fikirləri ilə yanaşı bunu istəməyənlərdən ibarət böyük siyahı da var. Onlardan biri İsveçdən, digəri haralardansa idi. Adətən mənimlə çalışmaqdan xoşlanmayanlar oyun praktikası qazanmayanlardır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.