İdman

Bəxtiyar Abbasov ermənini döşəyə çıxmağa peşman etdi

10 Noyabr 2018 15:29
3 Şərh     Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günə start verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Abdulla Abdullayev (74 kq) ilk görüşündə almaniyalı Yanik Ventseli 8:0 məğlub edib.

Döyüş sambosunda isə Bəxtiyar Abbasov (82 kq) Ermənistan idmançısı Davit Petrosyanla qarşılaşıb. O, tatamiyə 1 dəqiqədən gec gəldiyi üçün görüşə 0:3 hesabı ilə geridə başlayıb. Lakin tanınmış idmançımız ardıcıl rəqibindən 11 xal alıb və görüşün bitməsinə 3 dəqiqə 42 saniyə qalmış vaxtından erkən qələbə qazanıb - 11:3.

Qeyd edək ki, dünən gümüş medal qazanmış Emil Həsənov (68 kq) erməni Rafik Manukyanı məğlub etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.