İdman

"Hədəfimiz AVRO-2020-dir"

10 Noyabr 2018 18:24
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"A liqasında qalmaq istəməyimiz aydın məsələdi. Lakin artıq hər şey bizdən asılı deyil. Buna görə də Millətlər Liqası deyil, daha irəli baxırıq. Bizim hədəfimiz AVRO-2020-dir".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.

O bildirib ki, 2018-ci ildə uğursuz çıxışları ilə diqqət çəkən Bundestimi ciddi islahatlar gözləyir:

"Avropa çempionatında güclü komandaya malik olmaq istəyirik. Əminəm ki, həmin vaxtadək millidə miqyaslı dəyişikliklər olacaq. Lakin bütün bunlar tələsik deyil, planlı şəkildə gerçəkləşəcək. Hazırda heyətdə olanların heç də hamısı AVRO-2020-yə qədər qalmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.