İdman

Dünya şahmat tacı uğrunda ilk görüş heç-heçə ilə yekunlaşıb

10 Noyabr 2018 13:24
0 Şərh     Baxış: 416

İngiltərənin paytaxtı Londonda şahmat üzrə dünya çempionu adı uğrunda görüşlərə start verilib.

Milli.Az Report-a istinadən bildirir ki, şahmat tacı üçün hazırkı çempion, norveçli Maqnus Karlsenlə İddiaçılar Turnirini qazanmış amerikalı Fabiano Karuana mübarizə aparır. İlk partiya 115-ci gedişədək və 7 saatdan çox davam edib. Karuana ağ fiqurlarla Karlsenlə heç-heçə edib. Sonuncu dəfə açılış oyununun belə hesabla bitmədiyi görüş 2010-cu ilə təsadüf edib. Həmin vaxt bolqarıstanlı Veselin Topalov hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandı yenib.

Qeyd edək ki, Maqnus Karlsen Fabiano Karuana ilə noyabrın 28-dək daha 11 partiyada üz-üzə gələcək. Bu müddətdə yekun qalib müəyyənləşməsə, qısaldılmış nəzarət vaxtı ilə daha 4 partiya keçiriləcək. Tay-breykdə hesab yenə bərabər olsa, tərəflər daha 10 partiya blits, 1 partiya "armageddon" oynayacaqlar. 

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.