İdman

"Real" baş məşqçi seçimini etdi

9 Noyabr 2018 20:40
0 Şərh     Baxış: 2 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" hazırda baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Santyaqo Solari ilə əməkdaşlığa davam edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid klubu bu mövsümün sonuna kimi Solarinin komandanın baş məşqçisi olmasına qərar verib. "Real" rəhbərliyinin onun işindən razı qaldığı bildirilib.

İspaniya çempionatının reqlamentinə əsasən, baş məşqçi səlahiyyətlərin müvəqqəti yerin yetirən şəxs ən azı 15 gün komandanı çalışdıra bilər. Bu səbəbdən "Real"ın noyabrın 11-ə kimi Solari ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, "Real" oktyabrın 30-u baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.