İdman

"Qarabağ" Bakıya çatdı

9 Noyabr 2018 17:49
0 Şərh     Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla" ilə qarşılaşan "Qarabağ" Bakıya qayıdıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisini gətirən təyyarə  bir qədər əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
 
Qeyd edək ki, Poltavada güclü duman olduğundan "Qarabağ"ın Bakıya qayıtması xeyli ləngiyib. Əvvəlcə saat 03:30-da Poltava hava limanından yola düşməli olan təyyarənin uçuş saatı 12:00-a dəyişdirilib. Lakin əlverişsiz hava şəraiti uçuşu yenidən təxirə salıb. "Qarabağ" Bakı vaxtı ilə saat 15:00-da Azərbaycana yola düşüb. 

Beləliklə, saat 06:20-də Bakıda olmalı olan "Qarabağ"  17:20-də paytaxtımıza çatıb.

Xatırladaq ki, Qurban Qurbanovun komandası səfərdə 1:0 hesablı qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.