İdman

UEFA-da təcili müzakirə - VAR-la bağlı

9 Noyabr 2018 17:14
0 Şərh     Baxış: 937

UEFA Çempionlar Liqasında VAR sistemini daha tez tətbiq edə bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bununla bağlı UEFA-da müzakirə olub. Avropanın ali futbol qurumu nəzərdə tutmuşdu ki, VAR sistemi ÇL-də 2019/2020 mövsümündən tətbiq ediləcək. Ancaq Çempionlar Liqasında aşkar hakim səhvlərinin baş verməsi UEFA rəhbərliyini düşünməyə vadar edib.

Noyabrın 8-də keçirilən müzakirələrdən sonra qərara alınıb ki, VAR sistemi daha tez tətbiq olunsun. Ola bilsin ki, ÇL-də VAR sistemi elə cari mövsümün gedişində tətbiq edilsin.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.