İdman

"Milan"da ciddi itki - 4 ay oynamayacaq

9 Noyabr 2018 15:44
0 Şərh     Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Milan" klubu ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Milan"ın argentinalı yarımmüdafiəçisi Lukas Bilya zədə səbəbindən 4 ay meydanlara çıxmayacaq. Bir müddət öncə "Milan"ın məşq prossesində ayaq əzələsindən zədələnən Bilya 8 noyabr tarixində Finlandiyada əməliyyat olunub. Əməliyyatdan öncə onun 1 ay müddətinə sıradan çıxacağı deyilsə də, finlandiyalı həkimlər Bilyanın ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.

32 yaşlı futbolçu bu mövsüm "Milan"ın heyətində 9 oyunda iştirak edib.

Xatırladaq ki, "Milan"ın növbəti oyunu 11 noyabr tarixində "Yuventus" klubuna qarşı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.