İdman

Droqba karyerasını başa vurdu

9 Noyabr 2018 15:14
0 Şərh     Baxış: 472

"Çelsi", "Qalatasaray" kimi klubların şərəfini qorumuş Didye Droqba futbolçu karyerasını bitirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 40 yaşlı hücumçu MLS-in aşağı liqası hesab olunan USL-də iştirak edən, sahibi olduğu və eyni zamanda formasını geyindiyi "Foneks Risinq"in "Louisville Siti"yə 0:1 hesabı ilə məğlub olduğu liqa finalı matçından sonra karyerasını bitirib.

Klub karyerası ərzində 685 oyuna çıxan Fil Dişi Sahili millisinin keçmiş üzvü bu oyunlarda 300 qol vurub, 114 məhsuldar ötürmə edib. 40 yaşlı Droqba milli komandanın heyətində 105 oyunda 65 qol vurub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.