İdman

Karateçimiz dünya çempionatının finalına çıxdı - FOTO

8 Noyabr 2018 22:46
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın paytaxtı Madriddə keçirilən para-karate üzrə dünya çempionatında təmsilçimizin çıxışı uğurlu alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olub və finala yüksəlib.

Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq.

Qeyd edək ki, para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə təmsil olunur.

Bu gün həm də karate üzrə dünya çempionatında kata və qızlardan ibarət kumite millilərimiz komanda yarışlarında qüvvələrini sınayıb. Lakin onlar müvafiq olaraq Türkiyə və İngiltərə millilərinə uduzublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.