İdman

“Qarabağ”ın oyununda anşlaq olmayacaq - SƏBƏB

8 Noyabr 2018 21:27
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukraynanın "Vorskla" klubuna qarşı keçirəcəyi səfər oyununda anşlaq gözlənilmir.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki,Ukrayna klubunun mətbuat xidmətinin rəhbəri Artyom Lobanov bu oyuna bilet satışı ilə bağlı bunları söyləyib:

"Hazırda oyuna 6 min bilet satılıb. Təxminən 8000-8500 azarkeş gəlməsi gözlənilir. Oyunun gec saatda keçirilməsi, insanların sabah işdə olması səbəbindən, azarkeş sayı az olacaq".

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək "Vorskla" - "Qarabağ" matçının keçiriləcəyi Aleksey Butovski adına stadion 25 min azarkeş tutumuna malikdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.