İdman

Karlsen: “Təbii ki, favorit mənəm”. Sabah gözlər LONDONDA

8 Noyabr 2018 19:56
1 Şərh     Baxış: 765

Qüvvədə olan dünya çempionu Maqnus Karlsen özü və rəqibi Fabiano Karuano haqqında danışıb.

Milli.Az xəbər verir ki, norveçli qrossmeyster özünü qarşıdakı təkbətək döyüşün favoriti hesab edir.

"Fabiano əlbəttə, çox güclüdür, o, bu ili əla keçirib, göstərdiyi nəticələr göz qabağındadır" - dünya çempionu fikrini izah edir.

"Lakin mən öz gücümə əminəm. Təsəvvür edin, əgər siz artıq yeddi il dünya reytinqinin liderisinizsə, üç dünya birinciliyi uğrunda yarışın qalibisinizsə, bütün bunlarla yanaşı, özünüzü autsayder hesab etsəniz, o zaman ola bilsin ki, həkimə ehtiyacınız var. Təbii ki, favorit mənəm", -  norveçli dahi fikrini yekunlaşdırıb.

Qeyd edək ki, sabah Böyük Britaniyanın paytaxtı London şəhərində hamının böyük maraqla gözlədiyi Şahmat üzrə dünya Çempionu adı uğrunda oyun başlayır. 2013-ci ildən bu yana Şahmat Tacının və FİDE reytinqində birinciliyini özündə saxlayan norveçli Maqnus Karlsen titulunu 3-cü dəfə qorumaq üçün italyan əsilli ABŞ vətəndaşı olan Fabiano Karuana ilə qarşı qarşıya gələcək. 

Çempionluq uğrunda oyun 12 partiyadan ibarət olacaq. İlk 6 partiyanı Karlsen ağ fiqurlarla oynayacaq, 6-cı partiyadan sonra rəqiblər taxtadakı yerlərini dəyişəcəklər. 12 partiya qalibi müəyənləşdirməcəyi təqdirdə tay-brek təyin olunacaq (rapid, blits, armaqedon). Oyunun mükafan fondu 1 000 000 dollar təşkil edəcək. Qalib gələn şahmatçıya 600 000, məğlub olana isə 400 000 dollar məbləğində mükafat düşəcək. Partiyalar dünyanın bir çox televiziya və internet saytlarında canlı yayımlanacaq.

Zaur Həsənəliyev
Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Gülümsərov · 8 Noyabr 21:0400

    Karlsenin çıxıçı tam məntiqlidir. O əsl çempion kimi danışır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.