İdman

Meyuezer üzr istədi: Döyüş olmayacaq

8 Noyabr 2018 20:44
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı boksçu Floyd Meyuezerin yaponiyalı kikboksçu Tenşin Nasukava ilə döyüşünün planlaşdırıldığını xəbər vermişdik.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Meyuzer sonradan bu döyüşə razılıq vermədiyini bildirib. O, bu barədə özünün "instagram" səhifəsində yazıb.

Meyuezer qeyd edib ki, söhbət yaponiyalı kikboksçu ilə yalnız nümayiş xarakterli çıxışdan gedirdi. Özü də razılaşmanın şərtinə görə, dekabrın 31-nə planlaşdırılan bu çıxış məhdud sayda insanlar üçün nəzərdə tutulurdu və televiziya yayımından söhbət getmirdi.

41 yaşlı boksçu izləyicilərindən üzr istəyib.

Meyuezer indiyədək keçirdiyi 50 döyüşün hamısından qalib ayrılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.