İdman

UEFA yeni prezident seçir - 1 namizədi var

8 Noyabr 2018 18:12
0 Şərh     Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA növbəti 4 il üçün prezident seçkilərinə hazırlaşır. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu posta yeganə namizəd qurumun indiki rəhbəri Aleksander Çeferindir. Noyabrın 7-də ərizələrin təqdimatı başa çatıb. Lakin indiki prezidentdən başqa heç kim namizədliyini irəli sürməyib. Növbəti prezident seçkisi fevralın 7-də Romada olacaq. 

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildə seçilib. UEFA-nın yeddinci prezidenti 55 mümkün səsdən 42 -ni toplayıb. UEFA-nın əvvəlki rəhbəri Mişel Platini iki il bundan əvvəl istefa verib. Fransalı 2011-ci ildə 1,6 milyon avro rüşvət almaqda günahlandırılırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.