İdman

"Barselona"da ciddi itki: 2-3 həftə oynamayacaq

8 Noyabr 2018 17:31
0 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu Filip Koutinyo 2-3 həftə yaşıl meydanlardan uzaq qala bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, srağagün Çempionlar Liqasının 4-cü turunda "İnter"lə matçdan (1:1) sonra ağrılar hiss etməyə başlayan və daha sonra müayinə olunan brazilyalı ulduzun əzələsində yırtıq aşkarlandığı bildirilir.

26 yaşlı futbolçunun durumu haqda yaxın günlərdə rəsmi məlumat verilməsi gözlənilir.

Qeyd edək ki, F. Koutinyo bu mövsüm Kataloniya klubu ilə ümumilikdə çıxdığı 16 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.