İdman

“Ronaldu üçün qol vurmaq su içmək kimidir”

7 Noyabr 2018 18:49
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba yayda "Real"dan ayrılan Kriştianu Ronaldudan danışıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu transferdə "Yuventus"un qazandığını deyib. 

"Ronaldu kimi bir hücumçunu əldə etmək istənilən klubun arzusudur. Bu keçiddən qazanan tərəf "Yuventus" oldu. Səmimi deyirəm. Messi , Ronaldo və Neymar futbol dahisidir. Onlarla eyni klubda oynamaq futboldan zövq almaq deməkdir. Kriştianu "Yuventus"da xoşbəxtdir. Onun üçün qol vurmaq su içmək kimidir", - Poqba deyib. 

Xatırladaq ki, "Mançester Yunayted" ÇL-nin 4-cü turu çərçlvəsində bu gün "Yuventus"la qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.