İdman

Hamşik "Napoli"nin tarixinə düşdü

7 Noyabr 2018 17:04
0 Şərh     Baxış: 492

Çempionlar Liqasının 4-cü turunda PSJ ilə keçirilən oyun  "Napoli"nin futbolçusu Marek Hamşik üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyun slovakiyalı yarımmüdafiəçinin "Napoli" forması ilə 512-ci matçı olub.

Bu isə klub üçün yeni rekord hesab edilir. Hamşik buna qədər "Napoli" forması ilə 511 oyuna çıxan Cüzeppe Bruskolottini qabaqlayıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2007-ci ildən Neapol təmsilçisində çıxış edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.