İdman

Türkiyə klubunun futbolçuları zəhərləndilər

7 Noyabr 2018 14:45
0 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Altay" klubunun futbolçuları və texniki heyəti zəhərlənib.

Milli.Az xəbər verir ki, Spor Toto 1-ci Liqada mübarizə aparan İzmir təmsilçisinin futbolçuları və məşqçiləri zəhərlənməyə görə xəstəxanaya yerləşdiriliblər.

Şənbə günü "Qazişehir"lə oyundan sonra Qaziantepdəki restoranların birində yemək yeyən "ağ-qaralar" bazar günü qusma və halsızlıq hiss ediblər. Komandanın üzvləri xəstəxanaya yerləşdirilib, onlara dərmanlar verilib. Həkimlər zəhərlənməyə şam yeməyi zamanı yeyilən salatın səbəb olduğundan şübhələnirlər.

"Altay"ın baş məşqçisi Özden Töraydın hadisə ilə bağlı açıqlama verib: "Məşqçilər heyəti olaraq biz də eyni problemi yaşayırıq. Bizimlə birlikdə həmin restoranda yemək yeyən bir basketbol komandası da zəhərlənib".

Elçin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.