İdman

"Maraqlı qolları qaçıran da bizik, əcaib qollar buraxan da" - Fatih Terim

7 Noyabr 2018 11:46
1 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk hissədə Çempionlar Liqasına uyğun oynadıq. Çempionlar Liqasında ən azı  belə oynanılır. 3-4 oyuna baxdığım zaman bu qədər maraqlı qolları qaçıran da bizik, əcaib qollar buraxan da. Rəqibə təzyiq edib yaxşı ötürmələr verdik, ancaq ilk hissədə bir neçə epizodu dəyərləndirə bilmədik. İkinci hissədə qoldan sonra oyundan qopduq. "Şalke"ni təbrik edirəm.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda səfərdə "Şalke"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bizi burada İstanbulda "Ali Sami Yen"dəki kimi dəstəkləyən azarkeşlərə görə üzülürəm. İkinci hissədə hesabı dəyişdirə biləcək bir oyun oynamadıq. Futbolda hər şey ola bilər. Avroliqada mübarizəni davam etdirmək üçün "Lokomotiv"ə uduzmamağımz kafidir. Xəyallarımız, istəklərimiz hər zaman davam edəcək. UEFA-nın bizə verib və ya verməyəcəyi cəza ilə birlikdə daha yaxşı işlər görə biləcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.