İdman

"Barselona" ardıcıl 18-ci dəfə pley-offda!

7 Noyabr 2018 07:43
0 Şərh     Baxış: 1 005

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "İnter"lə heç-heçə (1:1) oynayan "Barselona" qrupdan çıxmağı vaxtından əvvəl təmin edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, xallarının sayını 10 yüksəldən kataloniyalılar ardıcıl 18-ci dəfə adını pley-offa yazdırıb. İspaniya təmsilçisi 2002-2003 mövsümündən etibarən hər il qitənin ən nüfüzlu klub turnirində qrupdan çıxmağa nail olub.

Qeyd edək ki, 4 turdan sonra ehtiyatında 10 xal olan "Barselona" 3-cü pillədəki "Tottenhem" (4 xal) üçün əlçatmazdır. Hətta London klubu son iki oyunda maksimum nəticə qazansa belə, bu, ispanların növbəti mərhələyə yüksəlməsinə mane olmayacaq. Qrupda 2-ci pilləni isə 7 xalı olan "İnter" tutur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.