İdman

"Qarabağ" Poltavaya çatıb - FOTO

6 Noyabr 2018 23:31
0 Şərh     Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" komandası Ukraynada "Vorskla" ilə Avropa Liqasının qrup mərhələsinin V tur oyununu keçirəcəyi Poltava şəhərinə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Ağdam təmsilçisini aparan çarter reysli təyyarə yerli hava limanına Bakı vaxtı ilə saat 21:30-da enib.

Aeroportda komandanı bir qrup ukraynalı jurnalist və azərbaycanlı azarkeşlər qarşılayıb.

"Qarabağ" noyabrın 7-də Aleksey Butovski adına stadionda ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq məşqə çıxacaq. Məşqdən əvvəl saat 20:30-da baş məşqçi Qurban Qurbanov və futbolçulardan biri mətbuat konfransı keçirəcək. "Vorskla"nın baş məşqçisi Vasili Saçko isə jurnalistlər önünə saat 19:00-da çıxacaq. Oktyabrın 8-də keçiriləcək oyun saat 00:00-da başlanacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.