İdman

Nurməhəmmədovun meneceri Meyvezerlə döyüş haqqında danışdı

4 Noyabr 2018 17:50
1 Şərh     Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı qarışıq döyüş növləri ustası Həbib Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz 41 yaşlı boksçu Floyd Meyvezerlə döyüşün MMA qaydaları üzrə keçirilməsi ehtimalının az olduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, daha əvvəl Mütləq döyüş çempionatının (UFC) prezidenti Den Uayt döyüşün boks qaydaları ilə baş tutmayacağını bəyan etmişdi.

"Düşünmürəm ki, hansısa idman komissiyası bu döyüşün MMA qaydaları ilə keçirilməsinə razılaşacaq. Bu, qanunsuz olardı. Bu, könüllü qətl olardı.

Həbib nəhəngdir. Boks zamanı onu bütün bədəni ilə bağlayacaq və yoracaq. Yüz faiz əminəm ki, Həbib qalib gələcək", - Əli Əbdül-Əziz deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.