İdman

Madrid polisi Argentinadan 500 aqressiv azarkeşin gəlişinə hazırlaşır

8 Dekabr 2018 21:02
0 Şərh     Baxış: 466

Dekabrın 9-da Madriddə "Libertadores-2018" kubokunun final oyunu keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin gün şəhərdə təhlükəsizliyin təmin olunması üçün bir neçə min asayiş keşikçisi cəlb ediləcək.

İspaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, dekabrın 9-da "River Pleyt" və "Boka Xuniors" komandaları arasında final oyununa tamaşa etmək üçün xüsusilə aqressiv əhval-ruhiyyəli 500-ə yaxın azarkeş gələcək. Həmin matçın neytral ərazidə keçirilməsi barədə qərar futbol fanatlarının Argentina küçələrində törətdiyi kütləvi iğtişaşlardan sonra qəbul edilib.

Dekabrın 9-da "Sanytaqo Bernabeu" stadionunun ətrafında təqribən 3 min polis işçisi cəmləşəcək və təcili yardım maşınları növbə çəkəcəklər. Həm oyunçular və futbol azarkeşləri, həm də Madridin sakinləri üçün təhlükəsiz şərait yaratmaq məqsədilə büdcədən 150.000 avrodan artıq vəsait ayrılıb. Stadionun bilavasitə yaxınlığında yerləşən kiçik mağazaların, apteklərin və mətbuat köşklərinin sahibləri vitrinlərin qapılarını möhkəm bağlamağı və özləri üçün istirahət günü təşkil etməyi planlaşdırırlar.

"Libertadores-2018" kubokunun final oyununu noyabrın 24-də "River Pleyt" klubunun stadionunda keçirmək nəzərdə tutulurdu, lakin oyunun başlanmasına bir neçə saat qalmış aqressiv əhval-ruhiyyəli azarkeşlər əllərinə keçən əşyaları içərisində futbolçular olan avtobusa atmağa başlayıblar. Nəticədə oyunçulardan biri yaralanıb və bununla əlaqədar final oyununun başqa yerdə keçirilməsi qərara alınıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.