İdman

"Onlar Həbibə toxuna da bilməz" - Menecer

1 Noyabr 2018 08:03
2 Şərh     Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı idmançı Həbib Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz bəyan edib ki, gəlir gətirməyən döyüşlər maraqsızdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, menecer Həbibin çempion tituluna iddialı olan şəxslərlə döyüşməsini istəmədiyini bildirib.

"Həbib dünya super ulduzuna çevrildi. O, Putin, Ərdoğanla görüşür. O biri oğlan isə dükanda spirtli içki satır. Sanki onlar fərqli planetlərdəndir. Qoy hər kəs öz işi ilə məşğul olsun", - deyə o vurğulayıb.

Menecer doğrudan da Konor Makqreqorun öz qanı ilə boğulacağını görmək istədiyini bildirib:

"Askren, Vudli. Onlardan heç biri Həbibə toxuna da bilməz. Məni iddiaçılar narahat etmir, bizə 50-100 milyon dolları gətirəcək şəxs lazımdır. Askrenlə Vudli isə heç 100 min dollar gətirməyəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.