İdman

Həbib dünyanın 500 nüfuzlu müsəlmanı siyahısında

24 Oktyabr 2018 18:04
0 Şərh     Baxış: 2 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC versiyası üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədov dünyanın 500 nüfuzlu müsəlmanı siyahısına daxil edilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, siyahıya daha 7 idmançının adı salınıb. Futbolçular Məhəmməd Salah, Pol Poqba, Məsut Özil, məşqçi Zinədin Zidan, FİFA prezidentliyinə keçmiş namizəd Əli bin Əl-Hüseyn, kriketçi Xaşim Amla və reqbi ustası Sonni Uilyamsın adı ən nüfuzlu müsəlmanlar arasında yer alır.

Yeri gəlmişkən deyək ki, "Liverpul"un forvardı Məhəmməd Salah top-50-yə daxil olan yeganə idmançıdır. Hücumçu reytinqdə 46-cı yeri tutur. Reytinq cədvəlinə Türkiyə prezidenti Pəcəb Tayip Ərdoğan başçılıq edir. Həbib Nurməhəmmədov bu ilin aprel ayında Ela Yakvintanı xal hesabı ilə məğlub edərək UFC çempionu adını qazanıb. Oktyabrda isə Konor Makqreqora boğucu fəndlə qalib gəlib və titulunu qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.